...

Qafqaz liberalları birgə bəyannamə imzalayıblar

Siyasət Materials 8 Oktyabr 2010 18:28 (UTC +04:00)
Gürcüstanın Respublikaçılar Partiyası, Azərbaycanın Müsavat Partiyası və Ermənistanın Ümummilli Hərəkat Partiyasının liderləri Avropa liberallarının Almaniyada keçirilən "Cənubi Qafqazda sülhə yol: mülkiyyət, azadlıq, rifah" konfransı çərçivəsində birgə bəyannamə imzalayıblar.
Qafqaz liberalları birgə bəyannamə imzalayıblar

Gürcüstan, Tbilisi, 8 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Respublikaçılar Partiyası, Azərbaycanın Müsavat Partiyası və Ermənistanın Ümummilli Hərəkat Partiyasının liderləri Avropa liberallarının Almaniyada keçirilən "Cənubi Qafqazda sülhə yol: mülkiyyət, azadlıq, rifah" konfransı çərçivəsində birgə bəyannamə imzalayıblar.

Gürcü liberalları adından sənədi Respublikaçılar Partiyasının lideri David Usupaşvili imzalayıb.

"Cənubi Qafqazın gələcəyi və münaqişələrin dinc yolla həlli Avropa məkanına daxilolma ilə bağlıdır, buna görə də Avropaya inteqrasiya prosesini və Cənubi Qafqazda ümumbəşəri dəyərlərin özünü təsdiqləməsini gücləndirmək üçün əldən gələni etmək lazımdır", - bəyannamədə deyilir.

Qafqaz liberalları hökumətlərini yaşamaq hüquqü, şəxsiyyət azadlığı, qanun qarşısında bərabərhüquqluluq, mülkiyyətin toxunulmazlığı, azad bazar iqtisadiyyatı, hökumətin azad və ədalətli seçimi və dövlət idarəçiliyinin şəffaflığı kimi demokratik prinsipləri qorumağa çağırırlar.

Xəbər lenti

Xəbər lenti