...

Bu gündən Parlament seçkisi ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb

Siyasət Materials 22 Oktyabr 2010 11:31 (UTC +04:00)
Bu gündən Parlament seçkisi ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb
Bu gündən Parlament seçkisi ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bu gündən Parlament seçkisi ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb. Bu barədə cümə günü Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, seçki bülletenləri Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə çap ediləcək.

Bülletenləirn mətni, forması, sayı və hazırlanması qaydasına dair qərar Mərkəzi Seçki Komissiyasının oktyabrın 1-də keçirilmiş iclasında qəbul edilib. Çap prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbəəyə gələcək.

Azərbaycanda Parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə görə, seçki bülletenlərinin mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən geci, 35 gün qalmış təsdiq edilməli, qeydə alınmış seçicilərin sayından 3 faizdən artıq olmamaq şərti ilə səsvermə gününə ən azı, 10 gün qalmış Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.

Xəbər lenti

Xəbər lenti