Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir T.Hacıyev/
Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq dərinləşir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl dayandırılmış ABŞ-Azərbaycan birgə hərbi təlimləri bərpa edilib.
"Hərbi təlimlərlə bağlı yaranmış fasilədən sonra Azərbaycan hökuməti ilə hərbi təlimlərlə yanaşı, hərbi əməkdaşlığı nəinki yenidən başlamışıq, hətta daha da dərinləşdirmişik. Bu təlimlər də daxil olmaqla, bizim əməkdaşlıq gündəliyimiz olduqca zəngindir", - Brayza əlavə edib.
Bir müddət əvvəl "Regional cavab-2011" adı altında ABŞ-Azərbaycan birgə hərbi təlimi təxirə salınmışdı.
Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq dərinləşir - səfir
Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq dərinləşir.
