...

Avropa İttifaqının Şərq qonşuları Polşanın sədrliyi zamanı diqqətdən kənarda qala bilərlər

Siyasət Materials 1 İyul 2011 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Y.Ostapenko/

Polşa Avropa Qonşuluq Siyasətinin Şərq istiqamətinin irəliləməsində və inkişafında maraqlıdır, lakin siyasi proseslər və Aralıq dənizi sahilndə yerləşən ərəb ölkələrində gedən hərbi əməliyyatlar buna mane ola bilər. Ekspertlər bu qənaətdədirlər.

" Avropa Qonşuluq Siyasətinin Şərq istiqamətinə Aralıq dənizinin ərəb ölkələrində baş verən dramatik hadisələrlə əlaqədar lazımi diqqətin yetirilməməsi ilə bağlı potensial təhlükə var", - Beynəlxalq münasibətlər üzrə Avropa Şurasının Paris Ofisinin rəhbəri Tomas Klau Trend-ə bildirib.

Cümə günü Polşa Avropa İttifaqının rəhbər orqanlarından biri olan Aİ Şurasına yarım illik sədrliyi qəbul edir. Polşa bu postda Macarıstanı əvəz edir.

Ekspertin sözlərinə görə, Polşa 2012-ci ildə Şuraya sədrlik edəcək Danimarka və Kipr kimi stabil Avropa qonşuluğunda və uğurlu Avropa Qonşuluğu Siyasətində maraqlıdır.

"Lakin Avrozonadakı böhran, Aralıq dənizinin cənubunda və şərqində dinc, bəzən isə qanlı siyasi transformasiya - bütün bu vacib və dramatik prosseslər dünya liderlərinin diqqətinin əsas hissəsini alır. Müəyyənləşdirmə üzrə liderlərin diqqəti məhduddur, çünki belə məsələlərin həlli çox vaxt aparır", - Avropa xarici siyasəti üzrə ixtisaslaşan Klau bildirib.

Son aylarda kütləvi xalq etirazları bir sıra ərəb ölkələrini əhatə edib, Misirdə və Tunisdə hakim rejimlərin çökməsi ilə nəticələnib. Hazırda Liviya ilə yanaşı, Yəməndə, İraqda, Bəhreyndə və Suriyada iğtişaşlar davam edir. Hökumət əleyhinə çıxışlar Əlcəzair və İordaniyada da edilir.

Avropa siyasəti üzrə polşalı analitik Pyotr Kaçinski Avropa xarici siyasətinin istiqamətlərindən birinin digərini kölgədə qoyacağını hesab etmir.

"Şübhəsiz ki, indi hamı Aralıq dənizinin sahillərində yerləşən ərəb ölkələrindəki hadisələrdən narahatdır. Və şərq istiqamətinin inkişaf etməsinə çalışan Polşa kimi ölkələr üçün vəziyyətdən istifadə etmək üçün gözəl məqamdır. Onlar bu məqamı əldən buraxmayacaqlar", - Brüssel Avropa Siyasi Araşdırmalar Mərkəzinin eksperti Kaçinski Trend-ə bildirib.

Avropa Qonşuluq Siyasətinin Şərq istiqaməti Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Belarusu əhatə edir. AQS Aİ-nin öz şərq qonşuları ilə onların daha sıx və dərin qarşılıqlı münasibətlərinə yönəlmiş ilk vahid siyasətidir.

Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsi 2004-cü ildən qüvvədə olan əvvəlki Avropa Qonşuluq Siyasətinin nailiyyətlərinə əsaslanır. Yeni Avropa Qonşuluq Siyasəti qonşu ölkələrin ictimaiyyətinin daha çox təbəqəsinə dəstək, eləcə də islahatların aparılması üçün yeni stimullar təqdim edir.

"Şərq tərəfdaşlığı" proqramının təşəbbüskarları Polşa və İsveç olub. Proqram tərəfdaş ölkələrlə viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

"Polşanın digər üzv ölkələr kimi Avropa xarici siyasətinin Cənub və Şərq qonşuluğu ilə məhdudlaşmadan bütün istiqamətlərdə lazımi səviyyədə saxlanmasında strateji marağı var. Aİ üçün ABŞ, Çin, Rusiya və Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrilə münasibətlər vacibdir və bütün bu istiqamətlər Aİ-nin siyasi gündəliyində balanaslaşdırılmış qalacaq", - Kaçinski bildirib.

Mayın sonlarında qəbul edilən proqrama görə, Polşanın sədrliyinin əsas vəzifəsi Aİ-ni iqtisadi inkişaf və siyasi birliyin möhkəmləndirilməsi yolu ilə aparmaqdır. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Polşa diqqəti əsas üç prioritetə cəmləşdirir: "Avropaya inteqrasiya inkişaf mənbəyi kimi", "Təhlküəsiz Avropa", "Yeni ideyalara açıqlıda Avropa üçün fayda ".

Polşanın Azərbaycandakı səfiri Mixal Labenda bildirib ki, xarici siyasətdə balans optimal qərardır.

"Şərq tərəfdaşlığı" Polşa sədrliyi üçün böyük maraq kəsb edir. Lakin biz istəmirik ki, Polşanın Aİ-yə sədrliyi zamanı "Şərq tərəfdaşlığı" hansısa başqa proqrama ziyan vurmaqla inkişaf etsin və ya Aİ-nin başqa ölkələrlə münasibətlərinə ziyan vursun", - Labenda Trend-ə müsahibəsində bildirib.

O hesab edir ki, Aİ-nin xarici siyasətinin Cənub və Şərq istiqamətləri arasında optimal balans lazımdır.

Polşanın sədrliyi çərçivəsində sentyabrın sonlarında Varşavada "Şərq tərəfdaşlığı"nın ikinci sammiti keçiriləcək. Aİ və "Şərq tərəfdaşlığı" ölkələri liderləri hələ may ayında Macarıstanın sədrliyi dövründə Budapeştdə görüşməli idilər.

Sammitin digər mühüm beynəlxalq konfranslarla eyni vaxta təsadüf etməsilə əlaqədar onun dörd ay müddətinə təxirə salınması qərar alındı.

Səfirin fikrincə, sammit " Şərq tərəfdaşlığı təşəbbüsün inkişafı üçün daha bir yaxşı təkan olacaq.

"!Azərbaycan və bütovlükdə Cənubi Qafqaz üçün Polşadan daha yaxşı vəkil təsəvvür etmək olmaz", - Labenda əmin edib.

Xəbər lenti

Xəbər lenti