...

Azərbaycan Diplomatik Akademiyasının nəzdində Enerji və Ətraf Mühit Tədqiqatlar Mərkəzi yaradılacaq

Siyasət Materials 15 İyul 2011 10:49 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) nəzdində Enerji və Ətraf Mühit Tədqiqatlar Mərkəzi yaradılacaq.
Azərbaycan Diplomatik Akademiyasının nəzdində Enerji və Ətraf Mühit Tədqiqatlar Mərkəzi yaradılacaq

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) nəzdində Enerji və Ətraf Mühit Tədqiqatlar Mərkəzi yaradılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ADA rektoru Hafiz Paşayev bildirib.

Rektor qeyd edib ki, ilin sonuna kimi Dövlət Neft Şirkəti ilə birgə Azərbaycan Diplomatik Akademiyasının nəzdində enerji məsələlərinə aid tədqiqat mərkəzinin yaradılması planlaşdırırılır.

"Azərbaycanın enerji siyasəti sahəsində müəyyən ciddi, mükəmməl tədqiqatlar aparılmalıdır ki, gələcək siyasətimizə kömək olsun", - Paşayev qeyd edib.

Onun sözlərinə görə, mərkəzdə enerji sahəsində tədqiqatlar aparılacaq, məqalələr yazılacaq, kitablar nəşr olunacaq.

Cümə günü ADA-nın enerji məsələlərinə həsr olunmuş yay məktəbi çərçivəsində konfrans keçirilir.

17 ölkədən 41 iştirakçının cəmləşdiyi tədbirdə ümumən regionun energetika sahəsindəki siyasətin hazırkı vəziyyəti, gələcək perspektivləri müzakirə edilir.

Xəbər lenti

Xəbər lenti