...

Azərbaycanla ABŞ hərbçilərinin birgə seminarı işə başlayıb

Siyasət Materials 20 İyul 2011 12:01 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Müdafiə Nazirliyi və Parlament Əlaqələri" mövzusunda seminar Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında Hərbi Əməkdaşlıq üzrə iş planı"na uyğun olaraq Bakı şəhərində Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilir.
Azərbaycanla ABŞ hərbçilərinin birgə seminarı işə başlayıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda çərşənbə günü Azərbaycanla ABŞ hərbçilərinin birgə seminarı işə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Müdafiə Nazirliyi və Parlament Əlaqələri" mövzusunda seminar Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında Hərbi Əməkdaşlıq üzrə iş planı"na uyğun olaraq Bakı şəhərində Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilir.

İki gün müddətində davam edəcək və hərbi-mülki əlaqələr, Silahlı Qüvvələrə demokratik nəzarət, hərbin rolu, hərbi peşəkarlığın özəlliyi, hərb üzrə parlament nəzarəti və digər mövzularda müzakirələr aparılacaq .

Tədbirdə Müdafiə Nazirliyi ilə yanaşı Prezident Aparatı, Milli Məclis, güc strukturları və mülki nazirliklərin nümayəndələri də iştirak edir.

Xəbər lenti

Xəbər lenti