...

İlham Əliyev San-Marinonun Kapitan-Regentlərini təbrik edib

Siyasət Materials 2 Sentyabr 2011 18:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri xanım Mariya Luiza Bertiyə və Filippo Tamaniniyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev San-Marinonun Kapitan-Regentlərini təbrik edib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri xanım Mariya Luiza Bertiyə və Filippo Tamaniniyə təbrik məktubu ünvanlayıb.

"Milli bayramınız - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə San-Marino arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, San-Marinonun dost xalqına sülh və rifah arzulayıram", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti