...

Xüsusi nümayəndə: Avropa İttifaqı Cənubi Qafqaz regionunda çox işlər görməlidir

Siyasət Materials 4 Sentyabr 2011 21:38 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda çox işlər görməlidir. Trend-in məlumatına görə, bu barədə bazar günü Heydər Əliyev Beynəlxalq hava limanında jurnalistlərə açıqlama verən Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Flipp Lefort bildirib.
Xüsusi nümayəndə: Avropa İttifaqı Cənubi Qafqaz regionunda çox işlər görməlidir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda çox işlər görməlidir. Trend-in məlumatına görə, bu barədə bazar günü Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Flipp Lefort bildirib.

Onun sözlərinə görə, bu region Avropa İttifaqı üçün böyük maraq kəsb edir və bu səbəbdən Lefort təyinatından dərhal sonra hər üç region ölkəsinin paytaxtına səfər edir.

Lefort bildirib ki, Bakıda Prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla, müdafiə naziri Səfər Əbiyevlə və Spiker Oktay Əsədovla görüşləri planlaşdırılıb. Onun sözlərinə görə, görüşlər zamanı regional münaqişələr müzakirə olunacaq. Sonra Aİ xüsusi nümayəndəsi Tbilisi və İrəvana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti