...

2012-ci ildə Azərbayacanın beynəlxalq fəaliyyəti üçün 100 milyon manatdan artıq vəsaitin xərclənməsi nəzərdə tutulub

Siyasət Materials 12 Oktyabr 2011 11:00 (UTC +04:00)
Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqlarının maliyyələşdirilməsi üçün 100,6 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
2012-ci ildə Azərbayacanın beynəlxalq fəaliyyəti üçün 100 milyon manatdan artıq vəsaitin xərclənməsi nəzərdə tutulub

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqlarının maliyyələşdirilməsi üçün 100,6 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Maliyyə Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatında qeyd olunub ki, həmin vəsait 2011-ci illə müqayisədə 1,8 milyon manat və ya 1,8 faiz çoxdur. Həmin vəsaitdən Azərbaycanın xaricdəki 66 diplomatik xidmət orqanlarının və konsulluqlarının saxlanılması xərcləri üçün 53,6 milyon manat nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 1,8 milyon manat və ya 3,5 faiz çoxdur.

BMT və onun strukturuna daxil olan bir sıra qurumlarda, Avropa Şurasında, Müstəqil Dövlətlər Birliyində (MDB) və digər beynəlxalq təşkilatlarda üzvlük haqqı xərcləri üçün 2012-ci ilin dövlət büdcəsində 15 milyon manat nəzərdə tutulub.

Azərbaycanın digər beynəlxalq fəaliyyətinin təmin olunması üçün 32 milyon manat ayrılması nəzərdə tutulur.

Bundan əlavə, 2012-ci ildə beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maaliyyələşməsi üçün 77 milyon manat vəsait nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti