Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycan hökuməti oktyabrın 27-də Pakistan İslam Respublikasının cənubunda musson yağışları nəticəsində baş vermiş daşqın və dağıntılardan zərər çəkmiş insanlara humanitar yardım göstərilməsi məqsədilə 2 (iki) milyon ABŞ dolları məbləğində vəsait ayırıb. Bu barədə cümə axşamı Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.