Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşları orta hesabla 30 faiz artırılsın.
Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında da sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşları orta hesabla 30 faiz artırılsın.
Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Hər iki sərəncam 2011-ci il noyabrın 1-dən qüvvəyə minir.