...

Azərbaycan barədə həqiqətlərin olduğu kimi dünya ictimaiyyətinə çatdırılmasında diasporanın üzərinə böyük məsuliyyət düşür - Prezident Administrasiyası (FOTO)

Siyasət Materials 29 Aprel 2012 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bazar günü Berlinin "Konkord" otelinin tədbirlər salonunda Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bazar günü Trend-ə daxil olan məlumata görə, qurultaydan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Sonra, dünyada Azərbaycanın diaspor quruculuğundan bəhs edən "Gücümüz birliyimizdədir" sənədli filmi nümayiş etdirilmişdir. Filmin nümayişindən və qurultayın rəyasət heyəti seçildikdən sonra AAK prezidenti Başar Kömür hesabat məruzəsi ilə çıxış etmişdir. O, Azərbaycan dövlətinə və prezident İlham Əliyevə Azərbaycan diasporuna və onun işinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə etmişdir. B.Kömür bildirmişdir ki, qurultayın işində Avropanın müxtəlif ölkələrindən 61 Azərbaycan diaspor təşkilatı iştirak edir. O, Diasporla İş üzrə Dövlət Komitəsinin AAK fəaliyyətinə daim dəstək verdiyini demişdir. B.Kömür AAK-ın yarandığı gündən bəri sürətlə böyüdüyünü, həm öz sıralarını, həm də təsir imkanlarını genişləndirdiyini vurğulamışdır. Xüsusi ilə erməni lobbisinin anti Azərbaycan fəaliyyətinin neytrallaşdırılmasında Avropa Azərbaycanlıları Konqresinin ciddi işlər gördüyünü, Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağla bağlı gerçəkliklərin dünyaya çatdırılmasında da əhəmiyyətli addımlar atdığını söyləmişdir. AAK prezidenti yeni seçiləcək heyətə də uğurlar arzulamışdır.

Sonra söz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənova verilmişdir. Ə.Həsənov Azərbaycan dövlətinin AAK-ın fəaliyyətini yaxından izlədiyini, təşkilatın yarandığı 2004-cü ildən bəri 4 dəfə qurultayının keçirdiyini, bu illər ərzində təşkilatın 3 prezidentinin seçildiyini və onların müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini vurğulamışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-ci ildən başlayaraq diaspor quruculuğu işinə "Azərbaycançılıq" ideologiyasını əsas amal elan edərək başladığına diqqət çəkən Prezident administrasiyasnın şöbə müdiri hazırda o illərlə müqayisəsədə hədəflərimzin daha da böyüdüyünü dedi və diaspor təşkilatlarımıza, o cümlədən AAK-a işlərində nailiyyətlər arzulamışdır. Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyada yaşayan azərbaycanlılara həm güvəndiyini, həm də onların dayağı olduğunu vurğulamışdır. O, son illərdə ölkəmzin artan qüdrətinin, qazandığı beynəlxalq əhəmiyyətli nailiyyətlərin Azərbaycan dövlətinin düşmənlərini qıcıqlandırdığını, həmin qüvvələri anti Azərbaycan fəaliyyətinə sövq etdiyini demişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasını qeyri-daimi üzvü və həmin quruma sədrlik etdiyini xatırladan Əli Həsənov həmin qüvvələrin, o cümlədən bəzi mətbu orqanlarının anti Azərbaycan fəaliyyətini neytrallaşdırmaq, ölkəmiz barədə həqiqətlərin olduğu kimi dünya və Avropa ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü söyləmişdir.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında AAK-ın 4-cü qurultayının işinə uğurlar arzulamışdır. O, AAK-ın 8 illik mövcudluğu dövründə çox önəmli işlər gördüyünü bildirmişdir. Komitə sədri bu illərdə AAK tam mənası ilə diaspor təşkilatı kimi formalaşdığını demişdir. Seçiləcək yeni rəhbər heyətə Dövlət Komitəsinin dəstəyini davam etdirəcəyini bildimişdir.

Belarus Azərbaycanlıları Konqresinin prezidenti Natiq Bağırov, Almaniya Azərbaycanlılarının Koordinasiya mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Beni- Lüks Azərbaycanlıları Konqresinin prezdenti Sahil Qasımov, TADEF sədri Bilal Dündar, Azərbaycan Almaniya Dostluq Cəmiyyətinin sədri Haqqı Kəskin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı, Danimarkanın "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi, AAK-ın birinci prezidenti Bahəddin Kaya, çıxışlar edərək AAK-ın bundan sonrakı hədəflərindən bəhs etmiş, Azərbaycan naminə fəaliyyət istiqamətində daha peşəkar və konsolidə olunmuş şəraitdə iş görməyin vacibliyi vurğulamışlar. Çıxışlarda Azərbaycan diaspor təşkilatlarının Avropa ölkələrində siyasi çəkisinin də artmasının sevindirici fakt olduğu bildirilmişdir.

Xəbər lenti

Xəbər lenti