...

2 aprel məhkumlarının şikayəti təmin olunmadı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 İyun 2012 13:17 (UTC +04:00)
Ali Məhkəmə İctimai Palatanın ötən il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar məhkum olunan dörd nəfərin kassasiya şikayətini təmin etməyib.
2 aprel məhkumlarının şikayəti təmin olunmadı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 iyun / Trend müxbir K.Zərbalıyeva/

Ali Məhkəmə İctimai Palatanın ötən il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar məhkum olunan dörd nəfərin kassasiya şikayətini təmin etməyib.

Vəkil Yavər Hüseyn Trend-ə bildirib ki, bu gün Ali Məhkəmədə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunanlar - azadlıqdan məhrum edilmiş Sahib Kərimov, Elnur İsrafilov, Elşən Həsənov və Babək Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə iclas keçirilib.

Məhkəmə adıçəkilən şəxslərin kassasiya şikayətini təmin etməyib və onların barəsindəki məhkəmə hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, Səbail rayon məhkəməsinin hökmü ilə Sahib Kərimov və Elşən Həsənov 2 il, Elnur İsrafilov 2 il 6 ay, Babək Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti