...

İlham Əliyev: Azərbaycan ilə Rusiyanı tarixən yaranmış dostluq və mehriban qonşuluq münasibətləri sıx bağlayır

Siyasət Materials 11 İyun 2012 19:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev: Azərbaycan ilə Rusiyanı tarixən yaranmış dostluq və mehriban qonşuluq münasibətləri sıx bağlayır

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

"Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Rusiya xalqını dövlət bayramı - Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsi işində, demokratik dəyişikliklərin həyata keçirilməsində sanballı uğurlar qazanmış dost Rusiya bu gün genişmiqyaslı islahatlar və cəmiyyət həyatının bütün cəhətlərinin təkmilləşdirilməsi, beynəlxalq aləmdə ölkənin mövqelərinin gücləndirilməsi yolu ilə irəliləyir", - təbrikdə qeyd olunur.

İlham Əliyev bildirib ki, Azərbaycan ilə Rusiyanı tarixən yaranmış, indi keyfiyyətcə yeni xarakter kəsb etmiş dostluq və mehriban qonşuluq münasibətləri sıx bağlayır.

"Əminəm ki, bizim ikitərəfli münasibətlər, çoxplanlı qarşılıqlı fəaliyyətimiz və strateji tərəfdaşlığımız xalqlarımızın rifahı, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin mənafeyi naminə bundan sonra da möhkəmlənəcək və intensiv inkişaf edəcəkdir. Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə uğurlar, bütün Rusiya xalqına sülh və firavanlıq arzulayıram", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti