...

İƏT islamofobiya problemini həll etməyə çağırır

Siyasət Materials 18 İyun 2012 15:51 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu təşkilatın üzv ölkələrini islamofobiya probleminin həllində səylərini aktivləşdirməyə çağırıb.
İƏT islamofobiya problemini həll etməyə çağırır

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A.Tağıyeva/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu təşkilatın üzv ölkələrini islamofobiya probleminin həllində səylərini aktivləşdirməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi təşkilatın yaydığı press-relizdə deyilir.

"İslamofobiya problemini həll etmək lazımdır, çünki o, Avropada siyasi mənfəətlər əldə emək üçün istifadə edildiyi bir vaxtda yeni mərhələni yaşayır", - İhsanoğlu qeyd edib.

Onun sözlərinə görə, Avropanın bəzi siyasətçiləri öz ölkələrinin iqtisadi və siyasi problemləri ilə məşğul olmaq əvəzinə, əcnəbilərə və İslama nifrəti təbliğ edirlər.

Xəbər lenti

Xəbər lenti