...

Xanlar Vəliyev: Azərbaycan Ordusunda baş verən ölüm hallarının hər biri ilə bağlı cinayət işi açılır

Siyasət Materials 8 Avqust 2012 15:24 (UTC +04:00)
Orduda baş verən ölüm hallarının hər biri ilə bağlı cinayət işi açılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.
Xanlar Vəliyev: Azərbaycan Ordusunda baş verən ölüm hallarının hər biri ilə bağlı cinayət işi açılır

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir M.Əliyev/

Orduda baş verən ölüm hallarının hər biri ilə bağlı cinayət işi açılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

Hərbi prokuror bildirib ki, bütün ölüm halları ilə bağlı ictimaiyyətə məlumat verilmir və buna lüzum da yoxdur.

"Amma hərbçi hətta durduğu yerdə vəfat etsə də, həmin faktla bağı cinayət işi başlanır", - Vəliyev deyib.

Ordudakı ölüm faktlarının müxtəlif səbəblərdən baş verdiyini deyən hərbi prokuror hərbi kontingent tərəfindən törədilən cinayətlərin sayının artması barədə mətbuatda gedən yazıların əsassız olduğunu, həqiqəti əks etdirmədiyini bildirib.

"İldən-ilə bu faktlar azalır. 2012-ci ilin 6 ayında hərbi kontingent tərəfindən törədilən cinayət hadisələri ötən illə müqayisədə 10 faizdən çox azalıb", - o deyib.

Xəbər lenti

Xəbər lenti