...

Prezident İlham Əliyevin Qəbələ rayonuna səfəri başlayıb (FOTO)

Siyasət Materials 10 Sentyabr 2012 17:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ rayonuna gəlib.
Prezident İlham Əliyevin Qəbələ rayonuna səfəri başlayıb (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ rayonuna gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti