...

Türkiyə ikinci yerli peykin buraxılmasına hazırlaşır

Siyasət Materials 10 Dekabr 2012 11:35 (UTC +04:00)
Türkiyə dekabrın 19-da növbəti "Göktürk-2" yerli kəşfiyyat peykini orbitə çıxarmağa hazırlaşır.
Türkiyə ikinci yerli peykin buraxılmasına hazırlaşır

Azərbaycan, Bakı, 10 dekabr / Trend, müxbir A.Tağıyeva /

Türkiyə dekabrın 19-da növbəti "Göktürk-2" yerli kəşfiyyat peykini orbitə çıxarmağa hazırlaşır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Sabah" onlayn-qəzeti xəbər verir.

Peyk Türkiyə vaxtı ilə saat 18:13-də Çinin "Jiuquan" bazasından buraxılacaq. Peyk müdafiə məqsədləri üçün istifadə olunacaq.

Bundan əvvəl, 2011-ci ildə Türkiyə birinci "RASAT" yerli kəşfiyyat peykini orbitə buraxmışdı.

Xəbər verilir ki, "Göktürk-2" peykində təsvirlərin yerləşdirilməsi "RASAT" peykindəkindən üç dəfə çox olacaq.

Peyklərin yaradılması Türkiyə ordusunun yerli silahlarla, avadanlıqlarla təchizatına yönəlmiş dövlət proqramının bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti