...

Azərbaycanın hakim partiyası Qəbələ RLS-in fəaliyyətinin dayandırılması məsələsinə münasibət bildirib

Siyasət Materials 11 Dekabr 2012 12:15 (UTC +04:00)
Rusiyanın Qəbələ RLS-dən imtina etməsi bu ölkənin Azərbaycanla münasibətlərinə mənfi təsir göstərməyəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bidlrib.
Azərbaycanın hakim partiyası Qəbələ RLS-in fəaliyyətinin dayandırılması məsələsinə münasibət bildirib

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir M.Əliyev/

Rusiyanın Qəbələ RLS-dən imtina etməsi bu ölkənin Azərbaycanla münasibətlərinə mənfi təsir göstərməyəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bidlrib.

Əhmədov qeyd edib ki, Azərbaycan tərəfindən Qəbələ RLS-in icarəsinin davam etdirilməsi üçün müəyyən addımlar atılıb.

"İcarə müddətinin artırılması Azərbaycan tərəfindən təklif edilib. Rusiya sadəcə olaraq bu təklifi qəbul etməyib. Hesab edirəm ki, iki ölkə arasında normal münasibətlər var. RLS-dən imtina məsələsi də dövlətlər arasında normal danışıqlar məcrasında qəbul olunmuş qərardır. Əgər qarşılıqlı razılaşma əsasında bu qərara gəlinibsə, o zaman bu, iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilməz", - Əhmədov əlavə edib.

YAP-ın sədr müavini deyib ki, Azərbaycan tam müstəqil bir dövlətdir, bütün parametrlərlə öz dövlət müstəqilliyini nümayiş etdirir və Qəbələ RLS-in fəaliyyətinin dayandırılması iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmayacaq.

"Bizim ölkələrin arasında münasibətləri formalaşdıran və bu münasibətlərin indiki durumda olmasını şərtləndirən çoxlu səbəblər var. İqtisadi, humanitar, mədəni və s. münasibətlər mövcuddue və bütün bunların hamısı iki dövlət tərəfindən qarşılıqlı maraqlar əsasında münasibətlərin formalaşmısını şərtləndirir", - o deyib.

Azərbaycanın RLS-dən istifadə edib-etməyəcəyinə gəlincə, Əhmədov bildirib ki, ehtiyac olarsa, bu barədə müvafiq mütəxəssislər rəy verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti