...

Türkiyə ikinci peyki orbitə buraxır

Siyasət Materials 18 Dekabr 2012 12:44 (UTC +04:00)
Bu gün Türkiyədə "Göktürk-2" ikinci kəşfiyyat peyki orbitə buraxılacaq.
Türkiyə ikinci peyki orbitə buraxır

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün Türkiyədə "Göktürk-2" ikinci kəşfiyyat peyki orbitə buraxılacaq. Bu barədə Trend çərşənbə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir.

Peyk Türkiyə vaxtı ilə saat 18:13-də Çinin "Jiuquan" bazasından buraxılacaq.

Peykdən müdafiə məqsədləri üçün istifadə olunacaq.

Ankarada peykdən ilk siqnal yerli vaxtla saat 21:25-də alınacaq. Peykdən ilk çəkilişlər dekabrın 25-30-da ötürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti