...

Türkiyə kosmodrom tikməyi planlaşdırır

Siyasət Materials 19 Dekabr 2012 12:05 (UTC +04:00)
Türkiyə peyklərin orbitə buraxılması üçün kosmodrom tikməyi planlaşdırır. Bunu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Türkiyə kosmodrom tikməyi planlaşdırır

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir A.Tağıyeva /

Türkiyə peyklərin orbitə buraxılması üçün kosmodrom tikməyi planlaşdırır. Bunu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu barədə Trend çərşənbə günü "Sabah" qəzetinə istinadən xəbər verir.

"Dünyada cəmi 11 ölkədə kosmodrom var. Türkiyə ikinci kəşfiyyat peykini orbitə buraxdıqdan sonra öz ərazisində kosmodrom yaratmağa başlayacaq", - Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyənin "Göktürk-2" ikinci kəşfiyyat peykinin buraxılışı ölkədə aviakosmik sənayenin nə dərəcədə inkişaf etdiyini göstərir.

Ərdoğan qeyd edib ki, Türkiyəyə 140 milyon lirəyə başa gələn "Göktürk-2" peyki beşillik istifadə üçün nəzərdə tutulub.

Dünən "Göktürk-2" ikinci kəşfiyyat peykinin buraxılışı həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti