...

İranda spikerlə bağlı insidentə görə 10 nəfər həbs edilib

Siyasət Materials 19 Fevral 2013 13:46 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricaniyə çəkmə atılması ilə bağlı insidentin araşdırılması zamanı Qum şəhərində 10 nəfər həbs edilib.
İranda spikerlə bağlı insidentə görə 10 nəfər həbs edilib

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/

İran parlamentinin spikeri Əli Laricaniyə çəkmə atılması ilə bağlı insidentin araşdırılması zamanı Qum şəhərində 10 nəfər həbs edilib. Trend-in çərşəmnbə axşamı "Fars" agentliyinə istinadən veridiyi məlumata görə, bu barədə İran məhkəmə sisteminin nümayəndəsi Qulamhüseyn Möhsüni Əjeyi deyib.

Xatırladaq ki, fevralın 13-də ölkə başçısı Mahmud Əhmədinejadı dəstəkləyən qrupdan bir nəfər İslam İnqilabının ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edən Laricaniyə çəkmə atmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti