...

Brüsseldə Bolqarıstanla Rumıniyanın Şengenə buraxılması məsələsi həll olunacaq

Siyasət Materials 7 Mart 2013 08:39 (UTC +04:00)
Bu gün Brüsseldə Bolqarıstanla Rumıniyanın Şengenə buraxılması məsələsi həll olunacaq. Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, keçmiş sovet düşərgəsindən çıxmış hər iki dövlətdə anlayırlar ki, onların bu dəfəki cəhdi də uğursuz olacaq.
Brüsseldə Bolqarıstanla Rumıniyanın Şengenə buraxılması məsələsi həll olunacaq

Azəbaycan, Bakı, 7 mart /Trend/

Bu gün Brüsseldə Bolqarıstanla Rumıniyanın Şengenə buraxılması məsələsi həll olunacaq. Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, keçmiş sovet düşərgəsindən çıxmış hər iki dövlətdə anlayırlar ki, onların bu dəfəki cəhdi də uğursuz olacaq.

Artıq rəsmi Berlin Bolqarıstanın və Rumıniyanın Şengen zonasına daxil olmasına qarşı çıxacağını bəyan edib. Bu cür mövqe ilə Fransa, Finlandiya və Niderland da çıxış edib.

Qeyd edək ki, Bolqarıstan və Rumıniya 2007-ci ildə Avropa Birliyinə qəbul ediliblər. Şengen zonasına daxil olmaq isə onların çoxdankı arzusudur, amma bu, onlar üçün bir o qədər də asan olmayacaq.

Çünki AB məhkəmə sistemində şəffaflığın təmin edilməsi, korrupsiyanın səviyyəsinin aşağı salınması, sərhədlərin möhkəmləndirilməsi və s. kimi yeni tələblər irəli sürür.
Xatırladaq ki, Şengen müqaviləsi pasport-viza rejiminin ləğvini nəzərdə tutur.

Hazırda bu müqaviləyə 26 dövlət qoşulub. Amma onlardan 4-ü - Norveç, Lixtenşteyn, İsveçrə və İslandiya Avropa Birliyinə daxil deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti