...

Bəkir Nəbiyevin xatirəsi əbədiləşdiriləcək

Siyasət Materials 4 Aprel 2013 18:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bəkir Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
Bəkir Nəbiyevin xatirəsi əbədiləşdiriləcək

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bəkir Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın görkəmli ədəbiyyatşünası, akademik Bəkir Əhməd oğlu Nəbiyevin xatirəsini əbədiləşdirmək məqsədilə Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş şəhərində küçələrdən birinə Bəkir Nəbiyevin adının verilməsini təmin etsin.

Nazirlər Kabinetinə Ağdaş şəhərinin ümumi təhsil müəssisələrindən birinə Bəkir Nəbiyevin adının verilməsini təmin etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti