...

Bolqarstanın sabiq prezidenti Azərbaycandakı beynəlxalq tədbirdə iştirak etmək üçün müraciət edib

Siyasət Materials 16 Aprel 2013 11:05 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq Bolqarıstan Respublikasının sabiq prezidenti Petar Stayanov (1997-2002) xüsusi müraciət edib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bolqarstanın sabiq prezidenti Azərbaycandakı beynəlxalq tədbirdə iştirak etmək üçün müraciət edib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq Bolqarıstan Respublikasının sabiq prezidenti Petar Stayanov (1997-2002) xüsusi müraciət edib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

"Gözəl ölkəniz Azərbaycana dünyanın siyasi, elmi, mədəni elitasının ən nüfuzlu simalarını gətirərək Azərbaycan və regionda acıq cəmiyyət mövzusunda müzakirələrin təşkil olunması təşəbbüsü çox önəmli bir addımdır. Belə bir mötəbər və nüfuzlu dünya miqyaslı tədbirdə iştirak etmək hər birimiz üçün çox önəmli hadisədir", - Petar Stayanov bildirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, 50-dən çox sabiq ölkə və hökumət başçısını bir yerə toplayacaq.

Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə Şəhər İcra Hakimiyyətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti