...

Azərbaycan və türk icmaları ermənilərin Kanadadakı etiraz aksiyasına cavab verdilər (FOTO)

Siyasət Materials 25 Aprel 2013 02:20 (UTC +04:00)
Bu gün Türkiyənin Ottavadakı səfirliyinin binasının qarşısında Kanadada yaşayan erməni icmasının nümayəndələri tərəfindən qondarma “erməni soyqırımı günü” münasibətilə etiraz aksiyası keçirilib.
Azərbaycan və türk icmaları ermənilərin Kanadadakı etiraz aksiyasına cavab verdilər (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bu gün Türkiyənin Ottavadakı səfirliyinin binasının qarşısında Kanadada yaşayan erməni icmasının nümayəndələri tərəfindən qondarma "erməni soyqırımı günü" münasibətilə etiraz aksiyası keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Hər il olduğu kimi, bu il də ermənilər 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş "hadisələr"in Türkiyə hökuməti tərəfindən soyqırım kimi tanınmasını tələb edən müxtəlif şüarlar səsləndiriblər. Ermənilərin builki aksiyasına cavab olaraq, Kanada paytaxtında ilk dəfə bu ölkənin müxtəlif şəhərlərində yaşayan türk və Azərbaycan icmalarının üzvləri aksiyanın keçirildiyi vaxtda Türkiyə səfirliyinin qarşısında toplaşaraq erməni tərəfinin səsləndirdiyi şüarlara cavab bəyanatlar səsləndiriblər.

Bəyanatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və işğal altında olan ərazilərin azad olunması tələb edilib. Həmçinin, aksiya zamanı gənclərimiz Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıblar.

Xəbər lenti

Xəbər lenti