...

Əlcəzair prezidenti səhhətilə bağlı Fransaya aparılıb

Siyasət Materials 28 Aprel 2013 13:16 (UTC +04:00)
Əlcəzair prezidenti Abdelaziz Buteflika səhhətilə bağlı Fransaya aparılıb. Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirildikdən sonra müayinə olunub, lakin həkimlər həyatına təhlükə olmadığını bildiriblər.
Əlcəzair prezidenti səhhətilə bağlı Fransaya aparılıb

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Əlcəzair prezidenti Abdelaziz Buteflika səhhətilə bağlı Fransaya aparılıb. Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirildikdən sonra müayinə olunub, lakin həkimlər həyatına təhlükə olmadığını bildiriblər.

Məlumatda deyilir ki, onun Əlcəzairdə hansı xəstəxanada olduğu bilinmir.

Qeyd edək ki, son illər ərzində Buteflikanın səhhətində problem olmayıb. 2005-ci ildə mədəsindən əməliyyat olunub.

O, Əlcəzairə 1999-cu ildən rəhbərlik edir. Gələn il isə bu ölkədə prezident seçkiləri keçiriləcək. Lakin Abdelaziz Buteflika iştirakla bağlı qərar verməyib.

Xəbər lenti

Xəbər lenti