...

Ərdoğan: Türkiyə Suriyada heç bir silahlı qruplaşmanı dəstəkləmir

Siyasət Materials 21 May 2013 17:47 (UTC +04:00)
Türkiyə Suriyada heç bir silahlı qruplaşmanı dəstəkləmir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
Ərdoğan: Türkiyə Suriyada heç bir silahlı qruplaşmanı dəstəkləmir

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Suriyada heç bir silahlı qruplaşmanı dəstəkləmir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə əvvəl olduğu kimi, logistik dəstəyini davam etdirəcək.

"Biz suriyalılara Türkiyə daxilində olduğu kimi, Suriya daxilində də logistik dəstək göstəririk. Bu dəstəyə məhsullar, dərman preparatları və digər ilkin zəruri predmetlər daxildir", - Baş nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti