...

Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycana gəlir

Siyasət Materials 6 İyun 2013 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir S.Əhmədova/

Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya iyunun 7-də Bakıda səfərdə olacaq.

Səfər çərçivəsində nazir Azərbaycan tərəfi ilə əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Cümə günü Z.Laqumciya ilə Strateji Araşdırmalar Mərkəzində (SAM) görüş keçiriləcək. Nazir "Bosniya və Herseqovina - Azərbaycan: ikitərəfli münasibətlər" mövzusunda məruzə ilə çıxış edəcək.

Tədbirdə bir sıra rəsmi nümayəndələrin də iştirakı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti