...

XİN: Bosniya və Herseqovina Azərbaycanla əməkdaşlığa maraq göstərir (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 İyun 2013 13:29 (UTC +04:00)
Bosniya və Herseqovina bütün sahələrdə Azərbaycanla əməkdaşlığa maraq göstərir.
XİN: Bosniya və Herseqovina Azərbaycanla əməkdaşlığa maraq göstərir (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir S. Ağayeva/

Bosniya və Herseqovina bütün sahələrdə Azərbaycanla əməkdaşlığa maraq göstərir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi danışıqlardan sonra deyib.

Onun sözlərinə görə, əməkdaşlığın inkişafı üçün enerji, iqtisadi və xüsusilə turizm, telekommunikasiya və infrastruktur sahələrində yaxşı imkanlar var.

Laqumciya qeyd edib ki, iki ölkənin siyasi münasibətləri ən yaxşı səviyyədədir: "Bosniya və Herseqovina Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının lehinə çıxış etməklə Azərbaycanı dəstəkləyir".

Nazir, həmçinin azərbaycanlı sahibkarları Bosniya və Herseqovinada həyata keçirilən layihələrdə iştirak etməyə də dəvət edib.

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, öz növbəsində ikitərəfli əlaqələrin yüksək səviyyəsini qiymətləndirərək bildirib ki, onların inkişafı üçün böyük perspektivlər var. Azərbaycanlı nazir Dağlıq Qarabağ məsələsindəki ədalətli mövqeyinə və ölkə Parlamenti tərəfindən qəbul olunan Xocalı soyqırımı haqqında qətnaməyə görə, Bosniya və Herseqovina rəhbərliyinə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti