...

AŞ PA-nın yeni sədri indiyədək Azərbaycan nümayəndə heyəti ilə yaxşı işlədiyini deyib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Yanvar 2014 17:33 (UTC +04:00)
“İndiyədək Azərbaycan nümayəndə heyəti ilə yaxşı işləmişəm. Bundan əlavə, 2012-ci ilin sentyabrında mənim Azərbaycan Parlamentinin sədri ilə danışmaq imkanım oldu. Əlbəttə ki, müəyyən fikir ayrılıqları var idi. Önəmli olan dialoqdur. Əgər bir-birimizlə danışmırıqsa, bütün məsələləri masa üzərinə qoymuruqsa, bu halda irəliyə getmək olmaz. Buna görə də suallar vermək lazımdır. Dediyim kimi, qarşı tərəfin yaşamını, tarixi və mədəniyyətini başa düşməyə cəhd etmək lazımdır. Bunu etmək lazımdır. Düşünürəm ki, Azərbaycan nümayəndə heyəti ilə birlikdə, xüsusilə AŞ Nazirlər Komitəsinə Azərbaycanın sədrliyi ilə bağlı məsələdə irəli gedəcəyik”.
AŞ PA-nın yeni sədri indiyədək Azərbaycan nümayəndə heyəti ilə yaxşı işlədiyini deyib (ƏLAVƏ OLUNUB)

Fransa, Strasburq, 27 yanvar /Trend, müxbir A.Məhərrəmli/

AŞ PA-nın yeni sədri indiyədək Azərbaycan nümayəndə heyəti ilə yaxşı işlədiyini deyib.

Trend-in məlumatına görə, bu gün jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri An Brasör Azərbaycanla bundan sonrakı əlaqələrinə münasibət bildirərkən qeyd edib:

"İndiyədək Azərbaycan nümayəndə heyəti ilə yaxşı işləmişəm. Bundan əlavə, 2012-ci ilin sentyabrında mənim Azərbaycan Parlamentinin sədri ilə danışmaq imkanım oldu. Əlbəttə ki, müəyyən fikir ayrılıqları var idi. Önəmli olan dialoqdur. Əgər bir-birimizlə danışmırıqsa, bütün məsələləri masa üzərinə qoymuruqsa, bu halda irəliyə getmək olmaz. Buna görə də suallar vermək lazımdır. Dediyim kimi, qarşı tərəfin yaşamını, tarixi və mədəniyyətini başa düşməyə cəhd etmək lazımdır. Bunu etmək lazımdır. Düşünürəm ki, Azərbaycan nümayəndə heyəti ilə birlikdə, xüsusilə AŞ Nazirlər Komitəsinə Azərbaycanın sədrliyi ilə bağlı məsələdə irəli gedəcəyik".

Xanım A.Brasör Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfərlə bağlı suala cavabında qeyd edib ki, hələ bu mərhələdə deyilik: "Hələ ki, səfərlərlə bağlı mərhələdə deyilik. Çünki bilinmirdi ki, kim seçiləcək. Hələ heç bir səfər nəzərdə tutulmayıb. İndi işləri sürətləndirmək lazımdır".

Yeni sədr digər məsələlərin önəmini azaltmadan 5 məsələyə xüsusi diqqət yetirəcəyini bəyan edib: "AŞ PA sədri kimi səlahiyyət müddətində digər məsələlərin önəmini azaltmadan 5 məsələyə xüsusi diqqət yetirəcəyəm. Bunlar rasizm, antisemitizm, ksenofobiya hallarının artmasına qarşı mübarizə, Şimali Afrika, Yaxın Şərq və Orta Asiya ölkələri ilə "Demokratiya naminə tərəfdaşlıq" çərçivəsində əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə, Avropa İttifaqı ilə əməkdaşlıq və təşkilatımızın prosedur qaydalarında islahatların aparılmasıdır".

Xanım A.Brasör qeyd edib ki, Avropa Şurasının məqsədi Avropa hüquq məkanı qurmaqdır: "Bu, qitəmizin sabitliyinin yeganə qarantıdır. Buna görə də bizi ayıran yox, bizi birləşdirən dəyərlərə önəm verməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti