...

Tehran polisində kütləvi kadr islahatları aparılıb

Siyasət Materials 7 Aprel 2014 16:30 (UTC +04:00)
Tehran şəhər polisində kütləvi kadr islahatları aparılıb, bir sıra rəislər pensiyaya göndərilib. Trend-in məlumatına görə, bu barədə İranın "Tasnimnews" saytı xəbər verir.
Tehran polisində kütləvi kadr islahatları aparılıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Cəfərov/

Tehran şəhər polisində kütləvi kadr islahatları aparılıb, bir sıra rəislər pensiyaya göndərilib. Trend-in məlumatına görə, bu barədə İranın "Tasnimnews" saytı xəbər verir.

Məlumata əsasən, Tehran Şəhər Yol Polisi İdarəsinin rəisi, şəhərin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, Əxlaq Təhlükəsizliyinin Təmini üzrə İdarənin rəisi və bir sıra polis şöbələrinin rəis müavinləri işdən çıxarılıb və onların yerinə yeni rəislər təyin olunub.

Tehran Şəhər Yol Polisi İdarəsinin yeni rəisi vəzifəsinə Timur Huseyni, Əxlaq Təhlükəsizliyinin Təmini üzrə İdarənin yeni rəisi Tağı Əfrənd, həmin idarənin rəisinin əməliyyatlar üzrə yeni müavini Rza Basto təyin olunub. Bundan başqa, Tehranın səkkizinci məntəqəsi üzrə polis şöbəsinin rəisi vəzifəsinə Mehrzad Bijənniya təyin olunub.

Tehran Şəhərn Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisinin adı açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti