...

İlham Əliyev Ulyanovsk vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 14 Aprel 2014 16:28 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İlham Əliyev Ulyanovsk vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Rusiya Federasiyasının Ulyanovsk vilayətinə səfərini məmnunluqla xatırladı.

Ölkəmiz ilə Rusiya Federasiyası və onun subyektləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən investisiya, birgə istehsal və digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı əməkdaşlığımızın yeni sahələrinin müəyyənləşdirilməsi baxımından Bakıda keçirilən Rusiya-Azərbaycan biznes forumunun önəmini qeyd etdi. Prezident İlham Əliyev Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.

Böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayan Sergey Morozov əməkdaşlığımızın müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Sergey Morozov Azərbaycan ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün Ulyanovsk vilayətində həyata keçirilən işlər və layihələrdən danışdı, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti