...

Minsk qrupunun amerikalı həmsədri Azərbaycan-Amerika və Ermənistan-Amerika cəmiyyətləri ilə görüşəcək

Siyasət Materials 28 Aprel 2014 12:01 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik may ayında Azərbaycan-Amerika və Ermənistan-Amerika cəmiyyətləri ilə görüşəcək.
Minsk qrupunun amerikalı həmsədri Azərbaycan-Amerika və Ermənistan-Amerika cəmiyyətləri ilə görüşəcək

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik may ayında Azərbaycan-Amerika və Ermənistan-Amerika cəmiyyətləri ilə görüşəcək. Trend-in məlumatına görə, bu barədə C.Uorlik öz "Twitter" səhifəsində yazıb.

Amerikalı həmsədr bildirib: "May ayında Los-Ancelesdə Ermənistan-Amerika və Hyustonda Azərbaycan-Amerika cəmiyyəti ilə görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün səbirsizlənirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti