...

Ərdoğan: Prezident seçkilərində Ekmələddin İhsanoğlunun namizədliyinin siyasi mənası yoxdur

Siyasət Materials 19 İyun 2014 13:09 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, prezident seçkilərində İƏT-in sabiq rəhbəri Ekmələddin İhsanoğlunun namizədliyinin irəli sürülməsi siyasi mənaya malik deyil.
Ərdoğan: Prezident seçkilərində Ekmələddin İhsanoğlunun namizədliyinin siyasi mənası yoxdur

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, prezident seçkilərində İƏT-in sabiq rəhbəri Ekmələddin İhsanoğlunun namizədliyinin irəli sürülməsi siyasi mənaya malik deyil. Bu barədə Ərdoğan jurnalistlərin suallarına cavab verərkən bildirib. Trend-in məlumatına görə, xəbəri "TRT Haber" telekanalı yayıb.

Baş nazirin sözlərinə görə, prezident seçkilərində müxalifətin vahid namizədi siyasi dayaqlara malik deyil.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçirləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti