...

Azərbaycan Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyir

Siyasət Materials 7 Yanvar 2015 18:21 (UTC +04:00)
Azərbaycan Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyir.
Azərbaycan Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyir

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Fransada baş vermiş terror aktı barədə Trend-in sorğusunu cavablandırarkən bildirib.

O, qeyd edib: "Bu terror aktı zamanı həlak olanların ailələrinə, Fransa xalqına dərin hüznlə başsağlığı veririk, yaralananların isə tezliklə şəfa tapmasını arzu edirik".

H.Hacıyev deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: "Heç bir halda terror əməllərinə bəraət qazandırıla bilməz".

XİN rəsmisi əlavə edib ki, Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəkləyir və bu mübarizəyə öz töhfəsini verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti