...

Səfir: Azərbaycan, ABŞ və Fransa beynəlxalq terrorçuluqla birgə mübarizə aparırlar

Siyasət Materials 17 Noyabr 2015 11:52 (UTC +04:00)
ABŞ, Fransa və digər ölkələr bütün dünyada terrorçuluqla birgə mübarizə aparırlar.
Səfir: Azərbaycan, ABŞ və Fransa beynəlxalq terrorçuluqla birgə mübarizə aparırlar

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ, Fransa və digər ölkələr bütün dünyada terrorçuluqla birgə mübarizə aparırlar. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda "Qadın sahibkarlığının Azərbaycanda inkişafı" mövzusunda keçirilən konfransda deyib.

Azərbaycanın da terrorçuluqla mübarizədə iştirak etdiyini deyən səfir 11 sentyabr hadisələrindən sonra təhlükəsizlik sahəsində Azərbaycan və ABŞ-ın uğurlu əməkdaşlığını qeyd edib.

Səfirin sözlərinə görə, Türkiyədə keçirilmiş G-20 sammitində terrorçuluqla mübarizə məsələlərinə də böyük diqqət ayrılıb.

R.Sekuta əlavə edib ki, Vaşinqtonun yüksək vəzifəli məmurları energetika, ticarət və digər sahələrdə məsələləri müzakirə etmək üçün gələn həftə Azərbaycana gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti