...

Türkiyə Nazirlər Kabineti: Türkiyə Rusiya ilə münasibətlərin nizamlanması üçün vasitəçi axtarmır (ÖZƏL)

Siyasət Materials 11 Fevral 2016 13:21 (UTC +04:00)
Türkiyə Anakara-Moskva münasibətlərinin nizamlanması işində vasitəçi olmaq xahişi ilə üçüncü ölkələrə müraciət etməyib.
Türkiyə Nazirlər Kabineti: Türkiyə Rusiya ilə münasibətlərin nizamlanması üçün vasitəçi axtarmır (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Anakara-Moskva münasibətlərinin nizamlanması işində vasitəçi olmaq xahişi ilə üçüncü ölkələrə müraciət etməyib. Bunu Trend-ə Türkiyə Nazirlər Kabinetindən deyiblər.

Hökumətdən qeyd ediblər ki, guya Türkiyə Baş nazirinin Ankara və Moskva arasında əlaqələrin tənzimlənməsi işində bəzi ölkə rəhbərlərinin vasitəçi qismində çıxış etmələri üçün turneyə yollanması barədə informasiya həqiqəti əks etdirmir.

Hökumətdən əlavə ediblər ki, Türkiyə Rusiya ilə dialoq üçün diplomatik kanalları bağlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti