Prezident İlham Əliyev: Azərbaycan birinci yerdədir, Azərbaycan qalibdir

Prezident İlham Əliyev: Azərbaycan birinci yerdədir, Azərbaycan qalibdir

Bakı. Trend:

Azərbaycan birinci yerdədir, Azərbaycan qalibdir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Bakı-2017” İslam Həmrəyliyi Oyunları başa çatdı. Azərbaycan bu Oyunlarda növbəti qələbə qazandı. Bu parlaq qələbə münasibətilə bütün idmançıları, məşqçiləri, idman mütəxəssislərini ürəkdən təbrik edirəm və sizə yeni qələbələr, yeni uğurlar arzulayıram.

Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim son nailiyyətlərimiz də deməyə əsas verir ki, bu qələbə təsadüfi qələbə deyil. Azərbaycan idmançıları 2015-ci ildə Avropa Oyunlarında 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə çıxa bilmişlər. Keçən il Yay Olimpiya Oyunlarında medalların sayı 18-ə çatdı. Bu, bizim Olimpiya Oyunlarında iştirakımızın tarixində ən böyük rəqəmdir və medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə idi. Yəni, bugünkü qələbənin çox möhkəm təməli var və bu, onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir, Azərbaycan dövləti inkişaf edir. Çünki ancaq inkişaf etmiş ölkələrdə idman həm dövlətə, həm xalqa böyük qələbə gətirir. Biz idmançılarımızla fəxr edirik. Mən bütün idmançılarımızı bu böyük qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm, onlara yeni uğurlar arzulayıram.

Bu Oyunlar, eyni zamanda, onu göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılmış addımlar, apardığımız siyasət bu gözəl nəticəni bizə verdi".

İlham Əliyev deyib ki, bu gün Azərbaycanda idman ictimai proseslərin inkişafında xüsusi yer tutur: "İdmançılara cəmiyyətdə çox xoş münasibət var. İdmançılara olan hörmət göz qabağındadır və hər bir vətənpərvər Azərbaycan vətəndaşı idmançılarımızın uğurlarını alqışlayır, bu uğurlarla fəxr edir. Hər dəfə bizim bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər insan qürur hissi keçirir. Bu 10 gün ərzində idmançılarımız xalqımıza qələbə sevinci bəxş etdilər. Bu 10 gün ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, tribunalarda yarışları izləyən tamaşaçılar böyük coşqu, böyük sevgi ilə sizin qələbələrinizi alqışlayırdılar, sizinlə bərabər buna sevinirdilər, bu qələbə sevincini sizinlə bölüşürdülər.

İdman hər bir ölkənin ictimai həyatında xüsusi yer tutur və bu gün idmanın inkişafı, bax, bu gözəl nəticələrə gətirib çıxarır. Biz haqlı olaraq öz qələbələrimizlə fəxr edirik, eyni zamanda, sizin nümunəniz, bu Oyunlarda idmançılarımızın qələbələri, əminəm ki, yaxın gələcəkdə idman bölmələrinə uşaqların axınını daha da sürətləndirəcək. Çünki biz hər dəfə növbəti böyük idman qələbəsindən sonra görürük ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar, yeniyetmələr idman bölmələrinə üz tuturlar, sizin kimi olmaq istəyirlər, sizə oxşamaq istəyirlər. Gənc nəsil, uşaqlar görəndə ki, dövlət idmançıları qiymətləndirir, onları mükafatlandırır, onlara bütün şəraiti yaradır, əlbəttə, idmana daha da böyük maraq olacaq. Bu da nəticə etibarilə Azərbaycan gəncliyinin, xalqının sağlamlığına xidmət göstərəcək. Əlbəttə ki, biz idmançılarımızın uğurları ilə fəxr edirik və bu, bizim ölkəmizin şöhrətini artırır. Ancaq, eyni zamanda, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir. İdman sağlam həyat tərzidir və biz hamımız çox istəyirik ki, Azərbaycanda sağlam həyat tərzi yanaşması üstünlük təşkil etsin. Bu gün bu, belədir, dövlət siyasəti də məhz bu istiqamətdə aparılır və eyni zamanda, sizin qələbələriniz bizim siyasətimizi dəstəkləyir".

Prezidentin sözlərinə görə, bu Oyunların keçirilməsi əlbəttə ki, ölkəmiz üçün tarixi hadisə idi: "Şadam ki, bu qələbəni şərtləndirən, qələbəyə aparan bütün qurumlar çox yaxşı işlədilər. Həm əvvəlki illərdə, həm Oyunlar ərəfəsində Mili Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçi korpusu, idman mütəxəssisləri, əlbəttə, idmançılar bir komanda, bir ailə kimi bir amala xidmət edərək, bu qələbəni mümkün etdilər. Bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda bütün idman qurumları çox sıx əlaqədə işləyirlər və hesab edirəm ki, uğurlarımızın təməlində bu amil dayanır. İdmançılar üçün isə biz bütün şəraiti yaratmışıq. Bölgələrdə 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi, Bakı şəhərində isə istənilən beynəlxalq yarışı keçirmək üçün ən müasir və gözəl idman obyektləri fəaliyyət göstərir".

İlham Əliyev Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu qeyd edib: "Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlmişdi. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır. Çünki Mehriban Əliyevanın rəhbərliyi ilə üçüncü beynəlxalq mötəbər yarışma keçirilir – 2012-ci ildə “Eurovision” mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları, - o, birinci Oyunlar idi, Oyunların standartları yox idi və hazırlıq üçün bizim cəmi iki ilimiz var idi, - və bu dəfə İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir. Əlbəttə, bu, onu göstərir ki, Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib. Mən Təşkilat Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm.

Eyni zamanda, Əməliyyat Komitəsi çox fəal işləyib. Bu Əməliyyat Komitəsi Avropa Oyunlarının da təşkilini təmin edibdir və xarici mütəxəssislər də bizə kömək göstəriblər. Oyunların açılış və bağlanış mərasimləri də çox möhtəşəm idi. Mən yaxşı bilirəm ki, Təşkilat Komitəsi bu iki möhtəşəm təqdimatla çox ciddi məşğul olub. Həm açılış, həm bağlanış mərasimi ölkəmizin imkanlarını, xalqımızın istedadını göstərir. Eyni zamanda, onu göstərir ki, Azərbaycan və Azərbaycan xalqı öz milli, dini dəyərlərinə sadiqdir, onları qoruyur".

Dövlət başçısı bildirib ki, biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik: "Göstərdik ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir.

Bizim uğurlarımızın təməlində Vətən sevgisidir və idmançılarımızı da qələbələrə aparan əsas amil budur. Biz görürdük ki, idmançılar necə sevinirlər, xalqımız necə sevinir. Bu on gün ərzində biz bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi birləşdirən bizim əqidəmizdir, tariximizdir və gələcəyə baxışlarımızdır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Azərbaycan müsəlman aləmində çox böyük rəğbətə layiq olan bir ölkədir".

Azərbaycan Prezidenti xatırladıb ki, Bakıda keçirilmiş Oyunlar sayca üçüncü İslam Həmrəyliyi Oyunlarıdır. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü isə Azərbaycanda keçirilib: "Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, İndoneziya müsəlman aləmində əhali baxımından ən böyük ölkədir. Müsəlman aləminin bu iki aparıcı ölkəsindən sonra üçüncü Oyunların, - halbuki bu Oyunların adı dördüncüdür, amma biz bilirik ki, cəmi üçüncü dəfə keçirilibdir, - Azərbaycanda keçirilməsi, əlbəttə, bizə olan böyük hörmətin və inamın təzahürüdür.

Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında çox sevinirdim ki, elə bil hamı mənə bir fikri çatdırmaq istəyirdi - hamı böyük minnətdarlıq hissi ilə təşkilati məsələlərin yüksək səviyyədə və peşəkarlıqla həll olunduğunu deyirdi. Əlbəttə ki, bu, bizi çox sevindirir. Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü, qüdrətini göstərir. Göstərir ki, biz istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil edə və eyni zamanda, öz standartlarımızı da tətbiq edə bilərik və bunu edirik. Avropa Oyunları bundan sonra ancaq Azərbaycan standartları əsasında keçiriləcəkdir. Bilirəm ki, bu standartlara çatmaq çətin olacaq".

İlham Əliyev vurğulayıb ki, biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik: "Əlbəttə ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə, bizim siyasətimizi göstərir. Çünki biz istəyirik ki, Azərbaycanda hər bir tədbir ən yüksək səviyyədə keçirilsin. Ona görə də ölkəmiz inkişaf edir, ona görə də Bakıya gələn bütün xarici qonaqlar şəhərimizə heyran qalırlar.

Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür. Bu Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacaq. Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri bizim gücümüzü daha da artırır. Yəni, bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır".

Dövlət başçısı bildirib ki, idman yarışları, Olimpiya Oyunları, İslam Oyunları, Avropa Oyunları elə bir tədbirdir ki, bu tədbirlərdə həm idmançılar, həm ölkələr rəqabət aparırlar. İqtisadi, siyasi sahələrdə, beynəlxalq münasibətlər sahəsində bəzən birinciliyi müəyyən etmək üçün bəzi qurumlar, təşkilatlar çətinlik çəkirlər. Çünki müəyyən meyarlar olmalıdır. İdmanda isə hər şey açıq-aydındır. Azərbaycan birinci yerdədir, Azərbaycan qalibdir:

"Əlbəttə, bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək. Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar.

Bax, bu Oyunların tarixi əhəmiyyəti məhz bundadır. Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq".

İlham Əliyev qeyd edib ki, eyni zamanda, Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir: "Təsəvvür edin, iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilir. Bu oyunlarda 100-dən çox ölkə iştirak edir. Heç bir başqa ölkə bax bu nailiyyətlə öyünə bilməz. Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz həm Qərb dünyasında, həm müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır.

Bir məsələni də qeyd etmək istəyirəm. Bizim uğurlarımızı əldə edən idmançılar müstəqillik dövründə yetişiblər. Bir çoxları müstəqillik dövründə doğulublar, müstəqillik illərində bu nailiyyətlərə gəlib çıxıblar. Bu, bir daha onu göstərir ki, müstəqillik bizim ən böyük sərvətimizdir. Bizim xalqımızın çox böyük tarixi var. Ancaq müstəqillik tariximiz müasir dövrdə o qədər də böyük deyil. Biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayarıq və idman sahəsində, iqtisadi, sosial və digər sahələrdə görün, nə qədər böyük uğurlar əldə etmişik. İdman isə ölkələrin gücünü, siyasətini göstərir, xalqların gücünü göstərir. Sovet dövründə heç vaxt bizim ağlımıza gələ bilməzdi ki, Azərbaycan idmançıları bu qədər medal qazanacaqlar, Olimpiya Oyunlarında bu qədər qələbələr qazanacaqlar, müsəlman aləmində birinci, Avropa ölkələri arasında ikinci olacaqlar. Bütün bunlar ancaq müstəqillik dövründə mümkün olub. Ona görə, bu qələbə bir daha onu deyir və göstərir ki, ancaq müstəqillik dövründə xalqımız uğurla inkişaf edə bilər. Ancaq taleyimiz öz əlimizdə olduğu təqdirdə Azərbaycan xalqı sürətlə inkişaf edə bilər".

Dövlətimizin başçısı əlavə edib: "Biz müstəqillik gününün ərəfəsindəyik. Bir neçə gündən sonra Respublika Gününü qeyd edəcəyik. Bu qələbə əlbəttə ki, müstəqilliyimizə, müstəqilliyimizin möhkəmlənməsinə verilən növbəti töhfədir.

Eyni zamanda, biz mübarək Ramazan ayının başlaması ərəfəsindəyik. İslam Həmrəyliyi Oyunlarının Ramazan bayramının başlaması ərəfəsində başa çatması, Azərbaycan üçün böyük qələbə ilə sonuclanması hesab edirəm ki, təbiidir. Bu, təsadüfi deyil, bu, təbiidir.

Bir daha qayıdıram çıxışımın əvvəlinə. Bütün bu qələbələri bizə idmançılar bəxş ediblər. Ona görə, mən onları bir daha təbrik edirəm, onları qucaqlayıram, bağrıma basıram və onlara yeni qələbələr, uğurlar arzulayıram".

Hemilton İspaniya Qran Prisinin qalibi olub
Hemilton İspaniya Qran Prisinin qalibi olub
Azərbaycanın dörd para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı (ƏLAVƏ OLUNUB)
Azərbaycanın dörd para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı (ƏLAVƏ OLUNUB)
Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb - Jalə Qaratova
Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb - Jalə Qaratova
Loading Bars
Xəbər lenti
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Krasnoyarskın "TBK" telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər
Prezident İlham Əliyev: Bu səfərin çox böyük rəmzi mənası var
Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar
Prezident İlham Əliyev Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi: Gedin, öz işlərinizlə məşğul olun
Prezident İlham Əliyev: Naxçıvan ordusunda olan hərbi texnika bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür
Prezident İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
İsraildə prezident seçkilərinin vaxtı açıqlanıb
Yaponiya bu il ilk koronavirus peyvəndini istehsal edəcək
Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)
Mübariz Qurbanlı: Vətən müharibəsində əldə olunan tarixi qələbə Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim
Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev: Bir neçə ildən sonra Naxçıvanda içməli su layihələri 100 faiz həll olunacaq
Yaponiyada görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş veriliş yayımlanıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 2 142 nəfər yoluxub
Ermənistanda əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular (VİDEO)
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad ediblər (FOTO)
Heydər Əliyev dünya miqyaslı şəxsiyyət olub və bütün sahələrdə fenomenal biliklərə sahib olub - Sakit Məmmədov
Paşinyan İkinci Qarabağ müharibəsini öz hakimiyyətinin ən böyük problemi adlandırıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
Azərbaycana köç edən nadir çöl quşlarının ovu qadağan edilir - ETSN
Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)
Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib - İqor Korotçenko
DSX-nin bütün hərbi hissə və bölmələrində Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb (FOTO)
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin yeni ofisinin açılışı olub (FOTO)
Azərbaycanda 400-dən çox quş növü müəyyənləşib - Nazirlik
İki nəfəri tüfənglə yaralayan Şəmkir sakini saxlanılıb
Küveytin iri neft yatağında yanğın olub - Xəsarət alanlar var
Heydər Əliyevin Azərbaycanın həyatının bütün istiqamətlərində nəhəng əməyini və təsirini qiymətləndirmək çox çətindir - Natiq Rəsulzadə
Kəndlərin minalardan təmizlənməsinə Ağdamdan başlanılacaq - İcra başçısı (VİDEO)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (YENİLƏNİB) (FOTO/VİDEO)
Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 75 mini keçib
Səbaildə keçirilən ağacəkmə aksiyasında 300-dən çox ağac və gül kolları əkilib (FOTO)
“Azərsun Holdinq” Ulu Öndərin məzarını ziyarət edib (FOTO)
Qaradağda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbir keçirilib (FOTO)
Minatəmizləmə işinin sürətlənməsi üçün yeni texnikalar gətirilir - Agentlik sədri (VİDEO)
Prezident İlham Əliyev Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Ordubadın su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB-2)
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Vətən müharibəsində Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir - İsa Həbibbəyli
Güclü külək Ağcabədidə fəsadlar törədib (VİDEO)
Paşinyanın kortejində qəza olub - Xəsarət alanlar var
Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub (FOTO) (YENİLƏNİB)
Yetkinlik yaşına çatmayanlara siqaret satan mağazalar aşkarlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir (FOTO)
Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Ağdamda Ulu öndərin doğum günü münasibətilə ağacəkmə kampaniyası keçirilib (FOTO)
Bu ərazilərə qar yağıb - Faktiki hava
Parlamentdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib
Hacıqabul sakinindən narkotik və odlu silah götürülüb
Ermənistanın mülki əhaliyə qarşı cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb - Kamran Əliyev
Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - Baş prokuror
Sabah arabir yağış yağacaq, şimşək çaxacaq
Qarabağda vuruşmuş erməni terrorçuları ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir - Kamran Əliyev
Bütün xəbərlər