...

Qurbanqulu Berdiməhəmmədov: Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş imkanlar var

Siyasət Materials 8 Avqust 2017 14:42 (UTC +04:00)
Azərbaycan və Türkmənistan arasındakı əməkdaşlığın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.
Qurbanqulu Berdiməhəmmədov: Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş imkanlar var

Bakı. Trend:

Azərbaycan və Türkmənistan arasındakı əməkdaşlığın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.

Trend-in məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə çıxışında deyib.

Q.Berdiməhəmmədov bildirib: "Əvvəlcə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Siz Azərbaycana rəsmi səfərin həyata keçirilməsi üçün məni ölkənizə dəvət etdiniz. Mən öz adımdan və nümayəndə heyətimizin adından Sizə dərin təşəkkürümü bildirirəm. Mənə göstərilmiş səmimi qəbula görə xüsusi təşəkkürümü bildirirəm. Siz qeyd etdiyiniz kimi, biz qonşu dövlətlərik. Mənə göstərilmiş qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. Burada səmərəli birgə iş üçün çox gözəl şərait yaradılmışdır".

Türkmənistan Prezidenti qeyd edib: "İlk növbədə qeyd etmək istərdim ki, rəsmi səfərin əsas məqsədi dövlətlərimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə yönəlib. Bu gün əlaqələrimizin və əməkdaşlığımızın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Siyasi istiqamətə gəldikdə, bildirmək istərdim ki, dövlətlərimiz əsasən məhz beynəlxalq və regional təhlükəsizliyin qorunub saxlanılmasının tərəfdarıdır. Biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin. Bu, öz növbəsində Mərkəzi Asiyada və Xəzər dənizi hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir. Hazırkı şəraitdə ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti