...

Niderland nümayəndə heyəti Azərbaycana səfər edəcək (YENİLƏNİB)

İqtisadiyyat Materials 20 Fevral 2018 09:43 (UTC +04:00)
Niderland nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Niderland nümayəndə heyəti Azərbaycana səfər edəcək (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:43-də yayılıb)

Bakı. Əli Mustafayev - Trend:

Niderland nümayəndə heyəti kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etmək üçün fevralın 21-də Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib.

Səfir qeyd edib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir və ticarət dövriyyəsi bir çox mühüm sahələr çərçivəsində artır.

O.Kerversin sözlərinə görə, Niderlandın Azərbaycanda iştirak etdiyi vacib layihələrdən biri MOBILAZE (Azərbaycanla Mobillik Naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək) layihəsidir:

“Bu cür layihələr ölkələrimiz arasında əlaqələrin artmasına və əməkdaşlığın digər sahələrinə müsbət təsir göstərir. Biz indi qeyri-leqal miqrasiya risklərinin, eləcə də Aİ-yə iqtisadi məqsədlərlə gələn insanlar üçün risklərin azaldılması üzərində işləyirik”.

Qeyd edək ki, Azərbaycan və Aİ arasında əməkdaşlıq çərçivəsində MOBILAZE sessiyası fevralın 20-23-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti