...

Avroparlamentari: Aİ Azərbaycana lazımi diqqəti və dəstəyi göstərməlidir

Siyasət Materials 6 İyun 2018 14:15 (UTC +04:00)
Azərbaycan beynəlxalq daşımalar və turizm üçün getdikcə daha vacib qovşağa çevrilir və enerji sektorunda artan rolu daha böyük əhəmiyyət daşıyır
Avroparlamentari: Aİ Azərbaycana lazımi diqqəti və dəstəyi göstərməlidir

Bakı. Ləman Zeynalova – Trend:

Azərbaycan beynəlxalq daşımalar və turizm üçün getdikcə daha vacib qovşağa çevrilir və enerji sektorunda artan rolu daha böyük əhəmiyyət daşıyır.

Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin beynəlxalq ticarət komitəsinin sədr müavini Yan Zahradil deyib.

O bildirib ki, Azərbaycan Şərqlə Qərb arasında ehtiyatlar üçün rəqabətin müşahidə olunduğu regionda yerləşir:

“Azərbaycan Şərq-Qərb kimi vacib enerji dəhlizinin başlanğıc nöqtəsidir”.

Y.Zahradil əlavə edib ki, “Cənub Qaz Dəhlizi” kimi vacib geosiyasi layihə Avropa üçün yeni enerji mənbəyi açacaq:

“Avropa İttifaqı Azərbaycanın etibarlı və stabil tərəfdaş qismində strateji geosiyasi əhəmiyyətini diqqətdən kənar qoya bilməz. Bu ölkəyə lazımi diqqəti və dəstəyi göstərmək lazımdır. Razılaşdırılmış, birtərəfli qətnamələr uzunmüddətli strateji tərəfdaşlıq sazişləri ilə əvəz edilməlidir. Hesab edirəm ki, Azərbaycan buna hazırdır və Avropanın da buna hazır olduğunu ümid edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti