...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın kitabı Londonda nəşr olunub

Siyasət Materials 2 İyul 2018 15:42 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti, gənc Azərbaycan şairi Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı Londonda işıq üzü görüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın kitabı Londonda nəşr olunub

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, gənc Azərbaycan şairi Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı Londonda işıq üzü görüb.

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib.

Tərcümə Mərkəzindən Trend-ə bildirilib ki, kitaba daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçiləri Karolina Valton və Anna Mariya Cekson çevirib.

Nəşrin redaktoru Karolina Valtondur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti