Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Qətərin Azərbaycanda yeni təyin olunmuş səfiri Feysəl bin Abdullah al Hanzab ilə görüş keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.