...

Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 5 Dekabr 2019 18:54 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfərə gəlib
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfərə gəlib.

Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Dövlətimizin başçısı əvvəlcə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, ümumi uzunluğu 16 kilometr olan yol yenidən qurularaq 4 zolağa genişləndirilib.

Dövlətimizin başçısına 4 min nəfər əhalinin yaşadığı, 5 məntəqəni birləşdirən Qonaqkənd–Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunda görülmüş işlər barədə də məlumat verildi.

Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti