...

Bəxtiyar Əliyev: Azərbaycan heç kimdən asılı deyil, ölkəmizin iqtisadi qüdrəti əhalinin sağlamlığını etibarlı şəkildə qorumağa imkan verir

Siyasət Materials 15 Aprel 2020 12:21 (UTC +04:00)
Bəxtiyar Əliyev: Azərbaycan heç kimdən asılı deyil, ölkəmizin iqtisadi qüdrəti əhalinin sağlamlığını etibarlı şəkildə qorumağa imkan verir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan heç kimdən asılı deyil, ölkəmizin iqtisadi qüdrəti əhalinin sağlamlığını etibarlı şəkildə qorumağa imkan verir. Prezident İlham Əliyev tərəfindən düzgün və vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq və vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev vurğulayıb ki, dövlət başçısı tərəfindən verilmiş fərman və sərəncamlar koronavirus pandemiyasının əhaliyə və biznes subyektlərinə təsirinin minimuma endirilməsinə şərait yaradır:

“Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş operativ tədbirlər, biznesin qorunması, kiçik və orta sahibkarlara maliyyə yardımının edilməsi, eyni zamanda iş yerlərinin saxlanılması üçün dövlətin dəstəyinin göstərilməsi və digər genişmiqyaslı tədbirlər dünyada örnək ola biləcək və gözlənilməz hadisələr zamanı dövlətin, xalqın mənafeyi, milli maraqlar baxımından görüləcək tədbirlər üçün ən gözəl nümunədir. Artıq dünyanın bir sıra ölkələri Azərbaycanın təcrübəsindən istifadə edir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan bu tədbirləri öz daxili imkanları hesabına görür, heç kimdən yardım almır:

“Azərbaycan heç kimdən asılı deyil, ölkəmizin iqtisadi qüdrəti əhalinin sağlamlığını etibarlı şəkildə qorumağa imkan verir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasət Azərbaycan dövlətinin müstəqilliyini və təhlükəsizliyini, xalqın firavan həyatını təmin edən yeganə doğru siyasətdir. Biz məcburi köçkünlər də bu siyasəti tam dəstəkləyir və Cənab Prezidentə bütün bu gördüyü fədakar fəaliyyətə görə öz minnətdarlığımızı bildiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti