...

Deputat: Bəzi qruplar xalqın orduya dəstəyindən sui-istifadə edib qarışıqlıq yaratmağa cəhd edir

Siyasət Materials 15 İyul 2020 15:20 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

14-15 iyulda Azərbaycan Ordusuna dəstrək məqsədilə keçirilmiş aksiyalar cəmiyyətimizdə vətənpərvərlik hissinin yüksək olduğunu, insanlarmızın daim ordunun yanında olduğunu, Ali Baş Komandanın əmrini hər an yerinə yetirmək arzusunda olduğunu bir daha nümayiş etdirdi. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat vurğulayıb ki, bütün bunlar həm düşmənə, həm beynəlxalq ictimaiyyətə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna ciddi bir mesajdır ki, Azərbaycan cəmiyyəti öz torpaqlarını erməni işğalından azad etməyə hər zaman hazırdır və əgər müharibə olsa bu, Ermənistan üçün əsl fəlakət olacaq.

A.Həsənova qeyd edib ki, orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. Deputat qeyd edib ki, təəsüfləır olsun ki, bəziləri bu hadisələrə siyasi don geyindirməyə, yaranmış vəziyyətdən sui-istifadə edərək siyasi xal qazanmağa cəhd edir: “Bu məqsədlə ötən gecə prosesə siyasi məzmun vermək, neqativ emosiyalar formalaşdırmaq cəhdləri oldu. Əlbəttə ki, hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakıda iğtişaş yaratmaq cəhdləri, polisə müqavimət və zor tətbiq etmək qanunlara tamamilə ziddir və yolverilməzdir. Bu cür təxribatlar eyni zamanda şəhidlərimizin ruhuna hörmətsizlikdir”.

Deputat vurğulayıb ki, insanlarımız bu cür təxribatçı qrupların öz çirkin məqsədlərini həyat keçirməsinə imkan verməməlidir: “Bəziləri çalışırlar ki, 1990-cı illərin əvvəllərində baş verən neqativ hadisələr, anarxiya, özbaşınalıq və xaos yenidən ölkəmizdə baş qaldırsın. Bəzi siyasi qrupların ölkəmizi yenidən xaosa, özbaşınalığa sürükləmək cəhdləri ciddi şəkildə qınanmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu təxribatçı fəaliyyətə imkan verməməlidir”.

A.Həsənova bildirib ki, bu gün Azərbaycan qüdrətli bir dövlətdir: “Ölkəmizdə təhlükəsizlik, sabitlik, inkişaf və sosial rifah mövcuddur. Bütün bunlar dövlətimizin, xalqımızın ən böyük nailiyyətləridir. Biz imkan verməməliyik ki, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurlar hansısa antiazərbaycan qruplar tərəfindən pozulsun. Biz hər birimiz bu cür pozucu hərəkətlərə qarşı vətəndaş mövqeyimizi ortaya qoymalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti