Bakı. Samir Əli - Trend:
Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-həmlə hücumlarını davam etdirir.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, düşmənin müxtəlif istiqamətlərdə zireh 63 taborunun 3 tankı, 4 qrad yaylım sistemi və canlı qüvvəsi məhv edilib.
Həmçinin, düşmənin Ballıca məntəqəsindəki silah-sursat anbarı heyətlə birlikdə dağıdılıb.
Cəbrayıl rayonu ərazisindəki silah sursat anbarı isə qənimət kimi götürüb.