...

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng etdi: Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq

Siyasət Materials 30 Oktyabr 2020 17:42 (UTC +04:00)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng etdi: Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq

Bakı. Trend:

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib.

Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.

Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti