...

Sülh razılaşması ikinci Qarabağ müharibəsinin Azərbaycanın zəfəri ilə başa çatmasını təsdiq etdi - Deputat

Siyasət Materials 11 Noyabr 2020 16:52 (UTC +04:00)
Sülh razılaşması ikinci Qarabağ müharibəsinin Azərbaycanın zəfəri ilə başa çatmasını təsdiq etdi - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan, Rusiya və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair bəyanat tarixi bir sənəddir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, bu sənəd İkinci Qarabağ Müharibəsinin Azərbaycanın zəfəri ilə başa çatmasını təsdiq etdi:

“Bu bəyanatın birinci ən mühüm əhəmiyyəti odur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bəyanat eyni zamanda Ermənistanın tam kapitulyasiya edilməsidir. Sentryabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallıq nəticəsində Ermənistan kapitulyasiyaya razılıq verərək Azərbaycanın işğaldan azad edilməyən digər ərazilərindən silahlı qüvvələrini çıxarmağa məcbur olub.

Döyüşlər başlayan ilk vaxtlardan etibarən cənab Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan sülhə hazırdır və Ermənistan işğal olunmuş torpaqlardan çıxmaqla bağlı konkret cədvəl təqdim edərsə, Azərbaycan döyüşləri dayandıra bilər. İmzalanan bu sənəddə artıq belə bir qrafik təqdim olunub. Belə ki, noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçından işğalçı qüvvələr çıxarılır. Bununla da içğalçı qüvvələrin Azərbaycan ərazisində mövcudluğuna son qoyulur”.

Deputat bildirib ki, razılaşmanın vacib tarixi məqamlarından biri də Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhlizin yaradılmasıdır: “Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.

Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.

Ümumilikdə bu razılaşma Azərbaycanın milli maraqlarına tam cavab verir və ölkəmiz üçün yeni perspektivlər açır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti